“Reuters” — ABŞ Silahlı Qüvvələri Yaxın Şərqə daha çox qırıcı təyyarə göndərir
ABŞ Silahlı Qüvvələri Yaxın Şərqə daha çox qırıcı təyyarə göndərir. Bu barədə məlumatı “Reuters” agentliyi mənbələrə istinadən yayıb.
Agentliyin mənbəsinə görə, söhbət F-16, F-22 və F-35 tipli qırıcı təyyarələrdən gedir.
Rəsmi şəxslər bildirirlər ki, bu qırıcılar müdafiə xarakterlidir və pilotsuz uçuş aparatlarını məhv etmək üçün istifadə olunur.
Məsələ ilə bağlı Pentaqon hələlik heç bir şərh verməyib.
Bundan əlavə, “Reuters”ə danışan başqa bir mənbə qeyd edib ki, ABŞ-ın əlavə hərbi gəmiləri də Şərqi Aralıq dənizinə yerləşdirilə bilər. Bu gəmilər ballistik raketləri məhv etmə qabiliyyətinə malikdir.