"Reuters" - ABŞ Müdafiə Nazirliyinin rəsmisi bəyan edir ki, Rusiya ordusu Ukrayna ilə müharibədə hər gün yüzlərlə əsgərini itirir
Birləşmiş Ştatlar hesab edir ki, Rusiya hərbçiləri Ukrayna ilə müharibədə hər gün yüzlərlə itki verir və onun komanda zənciri minlərlə leytenant və kapitan itkisi ilə çətinlik çəkir. Bu barədə “Reuters” agentliyi ABŞ Müdafiə Nazirliyinin rəsmisinə istinadən məlumat yayır.
Anonim şərti ilə söhbət edən rəsmi şəxs qeyd etdi ki, leytenant və kapitanlardan başqa yüzlərlə polkovnik və çoxlu rus generalı da həlak olub.
ABŞ Müdafiə Nazirliyinin nümayəndəsinin dediyinə görə, rəsmi Vaşinqton həmçinin hesab edir ki, Ukrayna ölkəsi ərazisində Rusiyanın 100-dən çox yüksək qiymətli obyektini, o cümlədən komanda məntəqələrini, sursat anbarlarını, hava hücumundan müdafiə vasitələrini və s. məhv etdi.