“Reuters” – ABŞ-ın dövlət borcu ilk dəfə 40 trilyon dolları ötüb

15:28, 20.08.2026

ABŞ-ın dövlət borcu ilk dəfə 40 trilyon dolları ötüb. Bu barədə “Reuters” ABŞ Maliyyə Nazirliyinə istinadən məlumat yayıb.
Maliyyə Nazirliyinin son məlumatlarına görə, ABŞ-ın dövlət borcu 40,048 trilyon dollara çatıb. Bu məbləğə əhalinin və digər investorların əlində olan 32,266 trilyon dollar dəyərində xəzinə qiymətli kağızları və 7,782 trilyon dollar həcmində hökumətdaxili borc daxildir.
Medianın məlumatına görə, borcun artımının təxminən üçdə biri COVID-19 pandemiyası dövründə Donald Tramp və Co Bayden administrasiyalarının pandemiyaya qarşı tədbirlərin maliyyələşdirilməsi üçün dövlət borclanmasını kəskin artırması ilə bağlıdır.
“Reuters” qeyd edir ki, qalan artıma hər iki prezidentin fiskal siyasəti, eləcə də vergilər və dövlət xərcləri arasında uzunmüddətli balanssızlıq səbəb olub.

Oxşar