“Reuters” – ABŞ hərbi təhqiqatçıları hesab edirlər ki, İranda qızlar məktəbinə hücumda ABŞ qüvvələri məsuliyyət daşıyır
ABŞ hərbi təhqiqatçıları hesab edirlər ki, İranda qızlar başlanğıc məktəbinə hücumda ABŞ qüvvələri məsuliyyət daşıyır – bu barədə məlumatı “Reuters” iki anonim amerikalı rəsmi şəxslərə istinadən yayıb.
“Reuters”in məlumatına görə, rəsmi şəxslər vurğulayıblar ki, hərbi təhqiqatçılar hələ istintaqı tamamlamayıblar və yekun nəticəyə gəlməyiblər.
Cənubi İranda, Minab şəhərində, qızlar məktəbi şənbə günü ABŞ və İsrailin ölkəyə hücumlarının ilk günündə zərbə alıb. BMT-də İranın səfiri Ali Bahreyni bildirib ki, zərbə nəticəsində 150 şagird həlak olub.