“Reuters” – ABŞ qısa fasilədən sonra Ukraynaya silah tədarükünü bərpa edib
“Reuters”in məlumatına əsasən, ABŞ qısa fasilədən sonra Ukraynaya silah tədarükünü bərpa edib. Agentlik xəbər verir ki, Ağ Ev Ukraynaya bütün yardımı kəsmək barədə ilkin qərarı geri çəkdikdən sonra silah tədarükü bərpa edilib.
“Reuters” yazır ki, Tramp administrasiyası daxilində ABŞ-ın Kiyevə hərbi dəstəyini hansı miqyasda davam etdirməsi ilə bağlı razılığa gələ bilməyən qruplar var. Ağ Evdə bu məsələni rəsmi olaraq şərh etməyiblər.
Məlumat üçün bildirək ki, ABŞ-ın sabiq prezidenti Co Bayden idarəçiliyinin son aylarında Ukraynaya təxminən 1 milyard dollar həcmində silah verilməsini təsdiqləyib.
Donald Tramp Ağ Evə qayıtdıqdan sonra Ukrayna üçün heç bir hərbi yardım paketi açıqlanmayıb.