"Reuters" - ABŞ Federal Təhqiqatlar Bürosunun direktoru Çində gizli səfərdə olub
ABŞ Federal Təhqiqatlar Bürosunun direktoru fentanil məsələsi ilə bağlı danışıqlar apardığı Çində gizli səfərdə olub. Bu haqda “Reuters” agentliyi anonim mənbələrə istinadən yazır.
Yayılmış məlumata əsasən, Keş Patel Donald Tramp və Si Dzinpin tərəfindən keçirilən görüşdən sonra Çinə gedib.
“Reuters” ABŞ Federal Təhqiqatlar Bürosunun direktorunun noyabrın 7-də Pekinə getdiyini və Çində 24 saat keçirdiyini yazır. Noyabrın 8-də yüksək vəzifəli Çin rəsmiləri ilə görüşüb.
Nə ABŞ, nə də Çin Patelin səfəri ilə bağlı məlumat yayıb.
“Reuters” qeyd edir ki, noyabrın 10-da Çinin Ticarət Nazirliyi kimyəvi maddələrin siyahısında dəyişiklik edən və müəyyən maddələrin ABŞ, Kanada və Meksikaya ixracı üçün lisenziya tələb edən bəyanat yayıb.