"Reuters" - Abbas Arağçi Stiv Uitkofla bir neçə telefon danışığı aparıb və İsrail hücumlarını dayandırmasa, Tehranın nüvə sazişi üzrə danışıqlara qayıtmayacağını qeyd edib
"Reuters" - Abbas Arağçi Stiv Uitkofla bir neçə telefon danışığı aparıb və İsrail hücumlarını dayandırmasa, Tehranın nüvə sazişi üzrə danışıqlara qayıtmayacağını qeyd edib

 

İran və İsrail arasında hərbi qarşıdurma başlayandan sonra ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkof və İranın xarici işlər naziri Abbas Arağçi arasında bir neçə dəfə telefon danışığı baş tutub. Bu barədə “Reuters” xəbər verir.

Agentliyin mənbələrə istinadən bəyan etdiyi kimi, Arağçi Vaşinqtona İsrail hücumlarını dayandırmasa, Tehranın nüvə sazişi üzrə danışıqlara qayıtmayacağını deyib.

Həmçinin, “Reuters”in məlumatına əsasən, ABŞ-nin mayın sonlarına doğru İrandan kənarda uranı zənginləşdirəcək regional konsorsium yaratmaq məqsədi daşıyan təşəbbüsü də müzakirə mövzusu olub, lakin Tehran hələlik bu təklifi də rədd edib.