Restoranların işləməyə hüququ yalnız saat 24:00-a qədər olacaq
Restoranların işləməyə hüququ yalnız saat 24:00-a qədər olacaq

İdarələrarası koordinasiya şurası yanında mövcud operativ qərargahın rəhbəri, Giorgi Ğibradzenin bəyan etdiyinə görə, restoranlar yalnız saat 24:00-a qədər işləyəcəklər.

Elə onun dediyinə görə, bənzər məhdudiyyət mehmanxananın restoranlarına və əyləncə müəssisələrinə aiddir.

“Restoranlarla münasibətdə məhdudiyyət qalır. Restoranlar yalnız saat 24:00-a qədər işləyəcəklər. Qeyd olunan  vaxtdan sonra, restoranlar işləməyəcəklər, bənzər məhdudiyyət əyləncə müəssisələrinə aiddir. Təbiidir ki, gecə klublarına da. Bununla yanaşı, bənzər məhdudiyyət mehmanxananın restoranlarına da aiddir”, – Ğibradze bəyan etdi.