Rəssam Qivi Toidze vəfat edib
Rəssam Qivi Toidze vəfat edib

Rəssam Qivi Toidze 89 yaşında vəfat edib.

Qivi Toidze 1960-cı ildə Tbilisi Dövlət Rəssamlıq Akademiyasını bitirib və sonra uzun illər həmin akademiyanın professoru olub. Əsərləri arasında: “Qış”, səyahət mövzusunda silsilə – “Balıqçılar”, “Xevsureti”, “Mtatuşeti”, şəhər mənzərələri – “Köhnə Tbilisi” və “Narikala”.

Rəssamın əsərləri çoxsaylı muzeylərdə qorunur. Xüsusilə, Şalva Amiranaşvili İncəsənət Muzeyi, Tretyakov Qalereyası (Rusiya), Şərq Xalqları Muzeyi (Rusiya) və Peter Lüdviq Qalereyası (Almaniya). Qivi Toidzenin rəsmləri Corc Buş, Jak Şirak və digər məşhurların şəxsi kolleksiyalarında saxlanılır.

Qivi Toidze Gürcüstanın xalq artisti, Şota Rustaveli adına Dövlət Mükafatı laureatı, Tbilisinin fəxri vətəndaşı olub.

Gürcüstanın Mədəniyyət, İdman və Gənclər Nazirliyi sənətçinin vəfatından kədərləndiyini bildirir.

“Gürcüstanın Mədəniyyət, İdman və Gənclər Nazirliyi cənab Givinin gürcü rəssamlığının inkişafındakı xidmətlərinə hörmətlə yanaşır və mərhumun ailəsinə, dostlarına və həmkarlarına başsağlığı verir”, – Mədəniyyət Nazirliyindən bildiriblər.