Gürcü rəssam, heykəltəraş və memar Zurab Tsereteli 91 yaşında vəfat edib.
Məlumatı ailə üzvləri yayıblar.
Zurab Tsereteli 1958-ci ildə Tbilisi Dövlət İncəsənət Akademiyasının rəssamlıq fakültəsini bitirib. O, 5 000-dən çox rəngkarlıq, qrafika və heykəltəraşlıq əsərinin müəllifidir. Ona məxsusdur Tbilisinin girişində yerləşən “Müqəddəs Nino abidəsi” və Azadlıq meydanında ucaldılmış “Müqəddəs Qeorqi” heykəli.
Zurab Tsereteli 1997-ci ildən Rusiya İncəsənət Akademiyasının prezidenti idi.
O, ABŞ-ın Milli İncəsənət Cəmiyyəti tərəfindən “Şərəfli Qızıl Medal” ilə təltif olunmuş ilk gürcü rəssamdır.
O, Gürcüstanın Dövlət Mükafatına layiq görülüb – elm və texnika, humanitar elmlər sahəsində 1997–2001-ci illərdə nəşr olunmuş “Əsərləri” (5 cildlik) və “Etnoqrafik albom” üçün. 1996-cı ildə RSFSR Dövlət Mükafatını, Fransanın “Verber” və Qabriel Mistral (Çili) mükafatlarını, İncəsənət və Ədəbiyyat ordenini, UNESCO-nun Qızıl ordenini (ABŞ), Pablo Pikassonun Böyük Mükafatını (1994), Müqəddəs Konstantin ordenini (1996), İspaniyanın Vətəndaş Xidməti Ordenini və digər mükafatları alıb.
Zurab Tsereteli 2002-ci ildə Tbilisinin fəxri vətəndaşı elan edilib.