Respublikaçılar ABŞ Nümayəndələr Paıatasında çoxluğu qazandılar, Senata nəzarəti Demokratlar qoruyub saxlayırlar

10:21, 17.11.2022

Respublikaçılar ABŞ Nümayəndələr Paıatasında çoxluğu qazandılar. “BBC”-nin məlumatına görə, indi onların 218 yeri var ki, bu da əksəriyyət üçün lazım olan minimum idi. Lakin, aralıq seçkilərinin səslərinin hesablanması hələ də davam edir.

Proqnoz edilir ki, 435 yerlik Nümayəndələr Palatasında “Respublika Partiyasının” son nəticədə 223 yer qazanacaq. Bu vaxt üçün Demokratların 210 yeri var.

Senata gəldikdə, burada çoxluğu Demokratlar qoruyub saxlaya bildilər. Bu vaxt üçün onların artıq 50 səsi var. Seçkilərin ikinci turu Corciya ştatında keçirilməlidir. Halbuki, onun nəticələrinin qüvvələrən balansına təsiri olmayacaq.

 

Oxşar