Respublika Xəstəxanasının yeni korpusunun layihələndirilməsi üzrə beynəlxalq şirkətlə müqavilə bağlanıb

11:32, 14.10.2026

 

Gürcüstanın Səhiyyə Nazirliyi Respublika Xəstəxanasının yeni korpusunun layihələndirilməsi üzrə beynəlxalq şirkətlə müqavilə bağlayıb. Bu barədə məlumatı Səhiyyə Nazirliyi yayır.

Qurumun məlumatında, Respublika Xəstəxanasının reabilitasiyası çərçivəsində müasir tibbi xidmətlərin yerləşəcəyi yeni yüksək texnologiyalı korpusun tikiləcəyi deyilir.

“Yeni binanın memarlıq və mühəndislik layihəsinin hazırlanması məqsədilə Səhiyyə Nazirliyi beynəlxalq konsaltinq və mühəndislik şirkəti olan “ICME Healthcare” ilə müqavilə bağlayıb.

Yeni korpusda müasir texnologiyalara və ən yaxşı beynəlxalq təcrübəyə əsaslanan kompleks tibbi xidmət istiqamətləri, o cümlədən əməliyyat bloku, reanimasiya, intensiv terapiya, təcili tibbi yardım və radiologiya şöbələri yerləşəcək. Qeyd olunan xidmətlər mövcud binadan yeni, müasir standartlara uyğun məkana köçürüləcək. Reabilitasiya konsepsiyasına əsasən, Respublika Xəstəxanasının mövcud binaları da yenilənəcək.

Yeni korpusun layihələndirilməsi üçün seçilmiş beynəlxalq şirkət tibbi infrastrukturun planlaşdırılması sahəsində çoxillik təcrübəyə malikdir” – Səhiyyə Nazirliyinin məlumatında qeyd olunub.

Oxşar