Respublika Xəstəxanasının tikintisi başlayır. Bu gün Gürcüstanın səhiyyə naziri Mixeil Sarcveladze gələcək planlar və konsepsiya haqqında təqdimatla çıxış edib.
Səhiyyə Nazirliyinin məlumatına əsasən, mövcud əsas binaların bərpası planlaşdırılır, eləcə də Respublika Xəstəxanasının ərazisində yeni bina tikiləcək.
“Yeni konsepsiyaya əsasən, mövcud əsas binaların bərpası planlaşdırılır. Xəstəxana 700 çarpayıya qədər olacaq və bütün əsas tibbi, təhsil və elmi istiqamətləri təmin edəcək. Tibb müəssisəsində güclü ambulator, diaqnostika və reabilitasiya xidmətləri, eləcə də kliniki və ya patomorfoloji laboratoriyalar fəaliyyət göstərəcək. Bəhs edilənlərdən başqa, Respublika Xəstəxanasının ərazisində stasionarın yerləşəcəyi və ixtisaslaşmış yüksək texnologiyalı tibbi xidmətlərə: orqan transplantasiyası, kardiocərrahiyyə, hibrid əməliyyat otaqları və s. fokuslanmış yeni bina tikiləcək. Klinikada onkologiya istiqamətinə xüsusi yer ayrılacaq. Tibb müəssisəsinin bazasında uşaq onkohematoloji istiqaməti və müasir standartlara uyğun uşaq infeksion bloku yerləşəcək. Həmçinin, mərkəzi qan bankı açılacaq, ərazidə GMP standartlarına uyğun dərman ehtiyatı anbarı yaradılacaq. Həmçinin, konsepsiyaya əsasən, infrastruktur işlərinin aparılması planlaşdırılır. 42 min kvadratmetr yaşıllaşdırma və istirahət zonası abadlaşdırılacaq. Nəticədə, pasiyentlərin müasir və rahat mühitdə yüksək keyfiyyətli tibbi xidmət görəcəyi yeni Respublika Xəstəxanası müasir standartlara uyğun çoxsahəli dövlət klinikası olacaq” – Səhiyyə Nazirliyinin məlumatında qeyd olunub.