Respublika Xəstəxanasının dörd əməkdaşı koronavirusa yoluxdu
Respublika Xəstəxanasının dörd əməkdaşı koronavirusa yoluxdu

Respublika Xəstəxanasının direktoru, Levan Qopodzenin bəyan etdiyinə görə, bu vaxt üçün klinikada 24 pasiyent qalmaqdadır, buradan 10 pasiyentdə koronavirus təsdiq olunub.

Elə onun dediyinə görə, onlar arasında dördü Respublika Xəstəxanasının əməkdaşıdır.

“Tibbi personaldan dördündə koronavirus təsdiq olundu, dünən ilk hal qeydə alındı və bu gün üçü artdı. Həmişə hamıya xəbərdarlıq verirdik, o cümlədən əhaliyə də, koronavirus heç yerə getməyib, bizimlə birlikdə yaşayır, qaydaları pozmamalıyıq”, – Qopodze bəyan etdi.

Onun dediyinə görə, yoluxma mənbəsi barəsində məlumatları yoxdur və bu istiqamət üzrə Xəstəliklərə Nəzarət Mərkəzi işləyir.

Elə onun açıqlamasına görə, onların sağlamlıq vəziyyəti qənaətbəxşdir.