Respublika Xəstəxanasından bu gün üç sağalmış pasiyenti evə buraxacaqlar. Bu barədə klinikanın rəhbəri, Levan Qopodze bəyan etdi.
Onun məlumatına görə, nəticədə xəstəxanada 31 virusa yoluxmuş pasiyent qalacaq və buradan birinin vəziyyəti ağırdır.
Qopodzenin dediyinə görə, “COVID-19” üzrə 10 şübhəli pasiyentin cavabını gözləyirlər.
“Yeni pasiyentimiz yoxdur. Dünən klinikamıza bir pasiyent yerləşdirdilər, lakin onda artıq koronavirus təsdiq olunmuşdu. Bu gün üç pasiyenti evə buraxacağıq. Altı pasiyentə təkrar test edilir.
Yenə ağır olan pasiyentimiz var. O, süni nəfəsalma aparatına qoşulubdur. Bir neçə xəstəliyi, o cümlədən ürək çatışmamazlı\ı var. Başqa pasiyentlərə gəldikdə, onların vəziyyəti qənaətbəxşdir”, – Qopodze bəyan etdi.