Respublika Xəstəxanasının ambulatoriyasına pediatriya xidməti əlavə edildi
Respublika Xəstəxanasının ambulatoriyasına pediatriya xidməti əlavə edildi

Səhiyyə Nazirliyinin məlumatına görə, Respublika Xəstəxanasının ambulatoriyasına pediatriya xidməti əlavə edildi.

Səhiyyə Nazirliyində bəyan edirlər ki, müasir tibbi avadanlıqlarla təchiz edilmiş və ixtisaslı tibb işçiləri ilə komplektləşdirilmiş ambulatoriya uşaq pasiyentlərə tam tibbi xidmət göstərəcək.

Pasiyentlər pediatrlar, kardioloqlar, nefroloqlar, revmatoloqlar, otorinolarinqoloqlar, oftalmoloqlar, endokrinoloqlar və digər tibb mütəxəssislərinin konsultasiyasını almaq, həmçinin yüksək texnologiyalı instrumental və laborator müayinələrin tam spektrini aparmaq imkanını əldə edəcəklər.