Rəsmi - Rusiya və Belarusu Avropa Oyunlarına buraxmadılar
Rəsmi - Rusiya və Belarusu Avropa Oyunlarına buraxmadılar

Avropa Olimpiya Komitələri (EOC) təsdiq etdilər ki, Rusiya və Belarus idmançılarına 2023-cü il Avropa Oyunlarında iştirakına icazə verilməyəcək.

Bu turnir iyunun 21-dən iyulun 2-dək Polşada keçiriləcək və Paris 2024 Olimpiadasına vəsiqə hesab olunur.

“Rusiya və Belarus idmançıları heç bir statusla Avropa Oyunlarında iştirak etməyəcəklər. Onun başlamasına qədər 40 gündən az qalır və mövqeyimiz dəyişməyəcək”, – Avropa Olimpiya Komitələrinin bəyanatında deyilir.