“Rəngarəng Gürcüstan” - 1TV.Ge - də etnik azlıqlar üçün verilişlər başlayır (VİDEO)

12 saatlıq, fasiləsiz rejimdə onlayn yayım – bunların hamısı isə Azərbaycan və erməni dillərində. “Rəngarəng Gürcüstan” layihəsi çərçivəsində, İctimai Yayımçı, 1tv.ge-də etnik azlıqların nümayəndələri üçün verilişlər başlayır.

Teleradio proqramları istənilən yaş və zövqə malik dinləyici və izləyici üçün nəzərdə tutulub. 1tv.ge – də müxtəlif verilişlərlə yanaşı, etnik azlıqların dillərində hazırlanmış “Moambe” xəbərlər proqramını   də izləmək olar.

 

Hazırladı: Marika Şalikaşvili, Leyla Əkbərova