Reks Tillersonun Birinci Kanal ilə ekslüziv müsahibəsi - ABŞ Gürcüstanın NATO-ya üzv olmasını qəti olaraq dəstəkləyir
Amerika Birləşmiş Ştatları dövlət katibi Reks Tillerson Birinci Kanal ilə ekslüziv şərh verdi.
Reks Tillerson Gürcüstanın Şimali Atlantik Aliyansına inteqrasiyası perspektivindən bir daha danışdı və ABŞ-ın Gürcüstana güclü dəstəyini vurğuladı.
“ABŞ Gürcüstanın NATO-ya üzv olmasını qəti olaraq dəstəkləyir. Bunun baş verməsi üçün hər bir pilləni gözləyirik”, – Reks Tillerson Birinci Kanal ilə ekslüziv müsahibəsində bəyan etdi.
Dünən, Brüseldə, NATO-nun ministrialı çərçivəsində Reks Tillerson Gürcüstanın baş nazirinin müavini, xarici işlər naziri Mixeil Canelidze ilə görüşdü. Dövlət katibi qeyd etdi ki, Amerika Birləşmiş Ştatları Gürcüstanın NATO-ya üzv olmasını dəstəkləyir.
Vyanada ATƏT-in ministrialı keçirilir və burada Gürcüstanın baş nazirinin müavini, xarici işlər naziri Mixeil Canelidze də iştirak edir.