Rekrutlar Vardziada hərbi and içdilər
Rekrutlar Vardziada hərbi and içdilər

Gürcüstan Müdafiə Qüvvələrinin sıralarına daha bir hərbi axın əlavə edildi.

Müdafiə Nazirliyindən verilən məlumata görə, rekrutlar Gürcüstan tarixinin ən mühüm yerlərindən birində, Vardzia monastır kompleksinin yaxınlığında hərbi and içdilər.

Şəxsi heyət rəmzi bayraqlarla 1203-cü ildə Basian döyüşünə gedən gürcü ordusunun keçdiyi yolu Vardziyaya qədər keçdilər. And içənə qədər rekrutlar Axalkalakidəki baş serjant Zaza Peradze adına mərkəzində səkkiz həftəlik döyüş hazırlığı (BTC) kursundan keçdilər. Proqram çərçivəsində onlara təlim, atəş, tibbi-taktiki hazırlığı keçrildi.

Onlar bu gündən Gürcüstan Müdafiə Qüvvələrinin şərq və qərb komandanlıqlarında müqaviləli hərbi xidmət keçəcəklər. Komandanın təlimlər və hərbi təhsil üzrə müavini, polkovnik Malxaz Dumbadze şəxsi heyəti mühüm gün münasibətilə təbrik etdi, onlara Gürcüstan qarşısında layiqli xidmətlər arzuladı.

Mərkəz komandirinin müavini, polkovnik Şota Kurdovanidze də hərbi xidmətşilər qarşısında çıxış etdi. Tədbirin sonunda hərbi xidmətçilər döyüş hazırlığı kursunu təsdiq edən sertifikatlar da verildi.