Rejissor Quram (Qizo) Qabeskiria 88 yaşında dünyasını dəyişib. Ailə üzvləri məlumatı Birinci Kanala təsdiqləyiblər.
Qizo Qabeskiria filmlərin quruluşçu rejissoru olub:
“Data Tutaşxia” (1977, Q. Lortkipanidze ilə birlikdə), “Vasil Kikvidze” (1980, Q. Kalatozişvili ilə birlikdə), “Dənizin Zəhmətkeşləri” (1986, “Gürcü filmi” və Fransanın “Pathé Cinémas”nın birgə əsəri E. Saşenlə birlikdə).
Qabeskiria 1972-ci ildən “Gürcü filmi” kinostudiyasının rejissoru işləyirdi. 1991-ci ildə “Gürcü filmi”nin ikinci yaradıcılıq birliyinə bədii rəhbər təyin edilib. 1992-ci ildə “Gürcü filmi” kinokorporasiyasının “Freska” kinostudiyasının bədii rəhbəri seçilib.
1997-ci ildən Sulxan-Saba Orbeliani adına Tbilisinin Pedaqoji Universitetində fəaliyyət göstərirdi. 2001-2004-cü illərdə Gürcüstanın Politexnik Universitetinin Humanitar Elmlər Fakültəsində işləyib. 2006-cı ildən İlia Cavcavadze adına Dövlət Universitetinin Humanitar Elmlər Fakültəsinin fəxri professorudur.
Qizo Qabeskiria Gürcüstanın əməkdar incəsənət xadimi (1980), Tbilisinin fəxri vətəndaşı (2024) olub.