Rəcəb Tayyib Ərdoğan – Türkiyə olmadan Avropanın qlobal oyunçu kimi mövcudluğunu davam etdirməsi imkansızdır, Avropanın təhlükəsizliyi Türkiyə olmadan düşünülə bilməz
Türkiyə olmadan Avropanın qlobal oyunçu kimi mövcudluğunu davam etdirməsi imkansızdır, Avropanın təhlükəsizliyi Türkiyə olmadan düşünülə bilməz – bu haqda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Ərdoğan, Avropanın ayrılmaz hissəsi kimi Türkiyənin Avropa İttifaqına üzvlük prosesinin ölkənin strateji prioriteti olduğunu deyib.
Türkiyə liderinin bəyanatına əsasən, son vaxtlardakı hadisələr Türkiyə-Avropa İttifaqı münasibətlərinin əhəmiyyətini bir daha ortaya qoydu.
“Biz avropalı dostlarımızın bu həqiqəti sonda başa düşməsini və tam üzvlük prosesimizi uzaqgörən bir perspektivlə inkişaf etdirməsini gözləyirik. Burada narahatlığımı sizinlə bölüşmək istərdim; Milyonlarla müsəlmanın yaşadığı Qərb ölkələrində islamafobiya və mədəni irqçilik zəhərli sarmaşıq kimi yayılmaqdadır. Düşüncə azadlığı bəhanəsi ilə müqəddəs kitabımız Qurani-Kərimə qarşı qorxunc hücumların qanuniləşdirilməsi tamamilə qəbuledilməzdir. Milyardlarla insanın müqəddəsliyini hədəfə alan çirkin, təxribatçı və rəzil hərəkətlərin qarşısı mütləq alınmalıdır” – Türkiyə Prezidenti bildirib.