Rəcəb Tayyib Ərdoğan səhhətinə görə məcbur oldu, televiziya çıxışını müvəqqəti dayandırsın
Türkiyə prezidenti, Rəcəb Tayyib Ərdoğan səhhətinə görə məcbur oldu, televiziya efrində çıxışını müvəqqəti dayandırsın. Türk mediasının yazdığına görə, Ərdoğan üç seçkiqabağı çıxışından sonra televiziya müsahibəsini planlaşdırmışdı.
Yayılan məlumatlara görə, Türkiyə prezidentinin yüklənmiş cədvəli səbəbindən, müsahibəsi saat yarımdan sonra başladı və gözlənilmədən dayandırıldı.
Televiziya efirin on dəqiqədən sonra yenidən başladı, Ərdoğan tamaşaçılardan üzr istədi və açıqladı ki, özünü pis hiss edirdi. Elə onun sözlərinə görə, son iki gündə onun çox yüklənmiş cədvəli var idi və problemləri yarandı.
Bundan sonra o, bir neçə suala cavab verdi və müsahibə başa çatdı.
Xatırladaq ki, Türkiyədə prezident və parlament seçkiləri 14 maya planlaşdırılıb.