Rəcəb Tayyib Ərdoğan “Respublika Xalq Partiyası”nın rəhbəri Özgür Özelə qarşı iki iddia qaldırıb

15:29, 08.04.2025

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Respublika Xalq Partiyası”nın rəhbəri Özgür Özelə qarşı iki iddia qaldırıb.

Türk mediasının məlumatına əsasən, Ankara Baş Prokurorluğuna təqdim edilən cinayət işi üzrə şikayət ərizəsində müxalifət partiyasının liderinin ölkə prezidentini xuntaya rəhbərlik etdiyini deyərək təhqir etdiyi yazılıb.

Ərdoğanın vəkili Hüseyin Aydının bəyanatına əsasən, paralel olaraq, Ankaranın Birinci İnstansiya Mülki Məhkəməsinə təqdim olunmuş şikayətlə, Türkiyə Prezidenti mənəvi zərərin ödənilməsi üçün 500 min lirə (13 000 dollar) tələb edir.

Oxşar