Rəcəb Tayyib Ərdoğan martın 31-nə təyin edilmiş seçkilərin onun iştirak edəcəyi sonuncu seçkilər olacağını bildirir
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan martın 31-nə təyin edilmiş seçkilərin onun iştirak edəcəyi sonuncu seçkilər olacağını bildirir. Bu barədə “Reuters” yazır.
“Bu, mənim üçün finaldır, qanunun verdiyi mandata görə, mənim sonuncu seçkimdir. Əldə olacaq nəticə məndən sonra gələcək bacı-qardaşlarıma miras qalacaq”, – deyə Ərdoğan bildirib.
Rəcəb Tayyib Ərdoğan iyirmi ildir ki, Türkiyəyə rəhbərlik edir.