Rəcəb Tayyib Ərdoğan kürdləri dəstəkləyən “Xalqların Bərabərliyi və Demokratiya Partiyası”nın üzvləri ilə görüşüb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan kürdləri dəstəkləyən “Xalqların Bərabərliyi və Demokratiya Partiyası”nın üzvləri ilə görüşüb.
Tərəflər kürd döyüşçülər ilə atəşkəs prosesində atılmalı olan addımları müzakirə ediblər.
Ərdoğan partiyanın deputatları olan Sırrı Süreyya Önder və Pervin Buldanla görüşüb.
Sözügedən şəxslər “Kürdüstan Fəhlə Partiyası”nın buraxılmasına çağırış etməzdən əvvəl “Kürdüstan Fəhlə Partiyası”nın lideri Abdullah Öcalanla həbsxanada görüşüblər.
Pervin Buldanın bəyanatına əsasən, Ərdoğanla görüş vacibdir, çünki Türkiyə Prezidenti ilk dəfədir ki, bu məsələni Öcalanla görüşən nümayəndə heyətinin üzvləri ilə müzakirə edir. Görüş təxminən bir saat yarım davam edib.