Rəcəb Tayyib Ərdoğan – Gələn il müharibənin deyil, sülhün ildönümünü qeyd etmək hər birimizin məsuliyyətidir

14:20, 24.02.2025

 
Gələn il müharibənin deyil, sülhün ildönümünü qeyd etmək hər birimizin məsuliyyətidir – bu haqda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya tərəfindən Ukraynada başladılmış genişmiqyaslı müharibənin üçüncü ildönümü ilə bağlı deyib.

“Ədalətli və davamlı sülhə gedən yol hər iki tərəfin bərabər və ədalətli təmsil olunduğu bir bərabərliklə açıla bilər. Gələn il müharibənin deyil, sülhün ildönümünü qeyd etmək üçün hər birimizin üzərinə mühüm məsuliyyət düşür. Biz ədalətli və davamlı sülhün bərqərar olması üçün mümkün olan hər cür səyi göstərəcəyik” – Ərdoğan bildirib.

Oxşar