Rəcəb Tayyib Ərdoğan – Biz heç bir pərdə altında Suriyanın parçalanmasına və ya onun vahid strukturunun pozulmasına razı olmayacağıq və bununla bağlı risk görsək, dərhal lazımi addımları atacağıq
Biz heç bir pərdə altında Suriyanın parçalanmasına və ya onun vahid strukturunun pozulmasına razı olmayacağıq və bununla bağlı risk görsək, dərhal lazımi addımları atacağıq – bu haqda Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğan bildirib ki, Türkiyənin istəyi, gözləntiləri və siyasəti ərazi bütövlüyü və birliyə əsaslanan Suriya qurmaq istəyən yeni Suriya administrasiyasının siyasəti ilə üst-üstə düşür.
“Terrorçuluğu və zorakılığı seçənləri gözləyən yeganə aqibət silahları ilə birlikdə torpağa basdırılmaqdır. Bunu açıq deyirəm: heç bir qüvvə buna maneə ola bilməz. Türkiyə varlığını və təhlükəsizliyini qorumaq üçün necə barışmaz iradəyə malik olduğunu dəfələrlə nümayiş etdirib. İş o yerə gəlsə, bir gecə anidən yenə gələ bilərik. Separatçı təşkilat və onun Suriyadakı bölmələri ilə çevrə bağlanır” – Türkiyənin Prezidenti bildirib.