Rəcəb Tayyib Ərdoğan bəyan edir ki, Türkiyə Zaporojya atom elektrik stansiyası məsələsində fasilitator rolunu oynaya bilər

15:55, 03.09.2022

Türkiyə prezidenti, Rəcəb Tayyib Ərdoğan bəyan edir ki, pnun ölkəsi Zaporojya atom elektrik stansiyası məsələsində fasilitator rolunu oynaya bilər. “Reuters” agentliyinin Türkiyə prezidentinin ofisinə istinadən yazdığına görə, Ərdoğan bu barədə Vladimir Putinə telefon danışığı zamanı bəyan etdi.

Türkiyə tərəfinin məlumatına görə, iki ölkə prezidentləri Ukrayna taxılının ixracı məsələsini müzakirə etdilər. Onlar həmçinin plana uyğun olaraq Türkiyədə Akuyu AES-in tikintisini davam etdirməyə hazır olduqlarını bildirdilər.

Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin 15-16 sentyabrda Səmərqənddə keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının sammitində bu məsələləri ətraflı müzakirə etmək barədə razılığa gəldilər.

Oxşar