Rəcəb Tayyib Ərdoğan bəyan edir ki, seçkinin nəticələrindən asılı olmayaraq, Türkiyə İsraillə münasibətləri qorumaq istəyir
Türkiyə prezidenti, Rəcəb Tayyib Ərdoğan bəyan edir ki, seçkinin nəticələrindən asılı olmayaraq, Türkiyə İsraillə qarşılıqlı anlaşmaya əsaslanan münasibətləri davam etdirmək istəyir. “Reuters”-in məlumatına görə, Ərdoğan bu barədə Türkiyə mətbuatına müsahibəsi zamanı danışdı.
Qeyd olunasıdır ki, İsraildə keçirilən Parlament seçkilərində keçmiş baş nazir, Benyamin Netanyahunun koalisiyası liderlik edir və belə görünür ki, İsrailin tarixdə ən ultrasağ koalisiyası olacaq.
Türkiyə ilə İsrail arasında münasibətlərin istiləşməsi çərçivəsində 2008-ci ildən sonra İsrail prezidenti İtsxak Hersoq bu il ilk dəfə Ankaraya səfər etdi. İki ölkə arasında münasibətlər 2010-cu ildə Qəzza zolağına girən türk gəmisində İsrailin keçirdiyi xüsusi əməliyyatda Türkiyə vətəndaşlarının həlak olmasından sonra gərginləşdi.