Rəcəb Tayyib Ərdoğan – Ailəni qorumaq və ailə dəyərlərini qorumaq hamımızın milli borcumuzdur

16:23, 12.03.2025

Ailəni qorumaq, ailə dəyərlərini yaşatmaq hər birimizin milli borcudur. – Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Türkiyə prezidentinin sözlərinə görə, ölkə hökuməti milli quruluşu azğın hərəkatların işğalından və vəsvəsəsindən qorumaq üçün ailə institutunun gücləndirilməsi istiqamətində konkret addımlar atacaq.

“Ailə institutunu gücləndirəcək, gənclərin ailə qurmasını asanlaşdıracaq, ailə üçün təhlükələri aradan qaldıracaq yeni təcrübələr həyata keçirəcəyik”. – Ərdoğan bildirib.

Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, ölkə hökuməti Türkiyəni “sülh diplomatiyasının” episentrinə çevirir.

Oxşar