Rəcəb Tayyib Ərdoğan İsrailin hərbi qüvvələrinin hərəkətini soyqırım kimi dəyərləndirir
Rəcəb Tayyib Ərdoğan İsrailin hərbi qüvvələrinin hərəkətini soyqırım kimi dəyərləndirir

Türkiyə prezidenti, Rəcəb Tayyib Ərdoğan İsrailin hərbi qüvvələrinin dünənki hərəkətini soyqırım kimi dəyərləndirir.

Ərdoğan, İsrail birləşmələrinin Qəzza sərhədində etiraz aksiyasının 55 fələstinli iştirakçını qətlə yetridikdən sonra, İsraili “terrorçu dövlət” adladırdı.

Fələstinlilər orada Qüdsdə ABŞ səfirliyinin açılmasına etiraz edirdilər. Qurbanların sayı ilə bu, 2014-cü ildən sonra ən qanlı gün idi. Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, həlak olanlardan başqa 2700 nəfər xəsarət alıb. Onların bir hissəsi odlu silahdan yaralanıb, qalanları isə gözyaşardıcı qaz ilə zəhərlənib.

Ərdoğanın bəyanatına görə, baş verənlərdən irəli gələrək, o, İslam Əməkdaşlığı Təşkilatının fövqəladə görüşünü çağırdı. 57 üzvlü orqanın toplantısı, gümün edildiyinə görə, cümə günü olacaq.

Fələstində üçgünlük matəm elan olunub.