Rəcəb Tayyib Ərdoğan: Yunanıstan anlamalıdır ki, Türkiyənin heç kimin ərazisinə müdaxilə etmək niyyəti yoxdur, lakin heç kimə onun hüquqlarını pozmağa imkan verməyəcək

18:35, 02.09.2026

Yunanıstan anlamalıdır ki, Türkiyənin heç kimin ərazisinə müdaxilə etmək niyyəti yoxdur, lakin heç kimə onun hüquqlarını pozmağa imkan verməyəcək. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Türkiyə Prezidentinin sözlərinə görə, Yunanıstan yanlış seçdiyi yoldan geri qayıtmalı və qeyri-hərbi statusa malik adaları silahlandırmaqdan imtina etməlidir.
“Tarix ondan dərs alanlar üçün çox yaxşı bir müəllimdir”, – Rəcəb Tayyib Ərdoğan qeyd edib.

Oxşar