Rəcəb Tayyib Ərdoğan – Türkiyə-Rusiya münasibətləri bu gün hər zamankından daha yüksək səviyyədədir
Türkiyə Prezidenti Rusiya-Türkiyə münasibətlərinin ən yüksək səviyyədə olduğunu bəyan edir.
Medianın məlumatına əsasən, Rəcəb Tayyib Ərdoğan bu bəyanatı Qırğızıstanda, “Şanxay Əməkdaşlıq Təşkilatı”nın sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı verib.
“Bu gün belə bir imkandan istifadə etməyi mühüm hesab edirəm. Türkiyə-Rusiya münasibətləri bu gün həqiqətən də hər zamankından daha yüksək səviyyədədir” – Türkiyə Prezidenti qeyd edib.
Rəcəb Tayyib Ərdoğan “Akkuyu” Atom Elektrik Stansiyasının əhəmiyyətindən də danışıb. Onun sözlərinə əsasən, yekun mərhələdə olan layihə ikitərəfli münasibətlər üçün mühüm əhəmiyyət kəsb edir.
“Akkuyu” Atom Elektrik Stansiyasının açılışı ilə biz bir neçə yeni elektrik stansiyasının açılması istiqamətində bir daha birgə addımlar atacağıq” – Rəcəb Tayyib Ərdoğan bildirib.
Məlumat üçün bildirək ki, dünya liderləri bu gün Qırğızıstanda “Şanxay Əməkdaşlıq Təşkilatı”nın sammitində iştirak edirlər.