Rəcəb Tayyib Ərdoğan – Türkiyə Azərbaycan və Ermənistan arasında sülhü dəstəkləməyə davam edəcək
Türkiyə Azərbaycan və Ermənistan arasında sülhü dəstəkləməyə davam edəcək – bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşü zamanı bildirib.
Türkiyə Prezidenti iddia edir ki, sülhün əldə olunması regiona yeni həyat verəcək.
Görüş zamanı Ərdoğan bildirib ki, regionda mövcud vəziyyət nəzərə alınmaqla, Türkiyə və Azərbaycanın xüsusilə energetika, infrastruktur və nəqliyyat sahələrində atdığı əməkdaşlıq addımlarının dəyəri daha yaxşı dərk olunur.
Türkiyə Prezidenti bildirib ki, “Bir millət, iki dövlət” prinsipi ilə bütün sahələrdə münasibətlərin dərinləşdirilməsi hər iki ölkəyə fayda verəcək.