Rəcəb Tayyib Ərdoğan Mixeil Ğavelaşviliyə müraciət edib– Zati-aliləri, şəxsən öz adımdan və nümayəndə heyətim adından sizə səmimi salamlarımı və ən xoş arzularımı çatdırmaq istəyirəm

12:19, 03.11.2026

 

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Gürcüstanın hava məkanını keçərkən Gürcüstan Prezidenti Mixeil Ğavelaşviliyə səmimi salam və xoş arzular mesajı göndərib – bu barədə məlumatı Gürcüstan Prezidentinin Administrasiyası yayır.

“Zati-aliləri, Cənubi Koreyaya gedərkən Gürcüstanın hava məkanını keçdiyim anlarda, şəxsən öz adımdan və nümayəndə heyətim adından Zati-alilərinizə və ölkənizə ən səmimi salamlarımı və xoş arzularımı çatdırmaq istəyirəm. Fürsətdən istifadə edərək, iki millət arasında mövcud olan dostluq münasibətlərinin və əməkdaşlığın gələcəkdə də davam edəcəyinə, möhkəmlənəcəyinə və inkişaf edəcəyinə olan qəti inamımı bir daha təsdiqləyirəm. Zati-alilərinizə cansağlığı və xoşbəxtlik, dost gürcü xalqına isə davamlı sülh, tərəqqi və rifah arzulayıram” — Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mesajında deyilir.

Gürcüstan Prezidentinin Administrasiyası Mixeil Ğavelaşvilinin türk həmkarına xoş arzularına görə təşəkkür etdiyinə dair məlumat verir.

Mixeil Ğavelaşvilinin bəyanatına əsasən, qonşu ölkələr kimi Gürcüstan və Türkiyəni uzunillik münasibətlər, eləcə də regionda sülhün, sabitliyin və əməkdaşlığın möhkəmləndirilməsi işində birgə məsuliyyət bağlayır.

Gürcüstan Prezidenti iki ölkənin xalqları arasındakı dostluğun gələcəkdə də davam edəcəyinə və qarşılıqlı hörmət və ortaq maraqlar əsasında daha da möhkəmlənəcəyinə ümid etdiyini bildirib.

Oxşar