Rəcəb Tayyib Ərdoğan: Mənim və Putinin gözləntisi Rusiya ilə Ukrayna arasındakı müharibənin mümkün qədər tez və sülh yolu ilə başa çatmasıdır

16:31, 02.09.2026

Rəcəb Tayyib Ərdoğan: Bizim və Putinin gözləntisi Rusiya ilə Ukrayna arasındakı müharibənin mümkün qədər tez və sülh yolu ilə başa çatmasıdır
“Bizim və Putinin gözləntisi Rusiya ilə Ukrayna arasındakı müharibənin mümkün qədər tez və sülh yolu ilə başa çatmasıdır”, – Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Ərdoğanın sözlərinə görə, Türkiyə Rusiya ilə Ukrayna arasında sülh prosesinin mümkün qədər tez başlamasını və regionda sülhün bərqərar olmasını istəyir. Çünki müharibə nə region, nə dünya, nə də münaqişəyə cəlb olunan tərəflər üçün müsbət nəticə verib.
“Putin bundan razıdırmı? Xeyr. O da bütün bunların mümkün qədər tez və sülh yolu ilə başa çatmasını gözləyir. Biz cənab Putinə bildirdik ki, sülh naminə əlimizdən gələn hər şeyi etməyə hazırıq. Fakt budur ki, sülh qalib gələcək. Biz buna nail olmaq üçün bütün səylərimizi göstərməyə hazırıq”, – Türkiyə Prezidenti qeyd edib.
Ərdoğanın sözlərinə görə, Türkiyənin Rusiya ilə enerji, ticarət, turizm və investisiyalar da daxil olmaqla bir çox sahədə mühüm əməkdaşlığı var.
Ərdoğan həmçinin Şanxay Əməkdaşlıq Təşkilatı ilə münasibətlərə də toxunub. O bildirib ki, Türkiyənin təşkilata üzvlük perspektivi hər hansı blokdan çıxmaq və ya Qərbə arxa çevirmək anlamına gəlmir.
Türkiyə Prezidentinin sözlərinə görə, əsas məqsəd 360 dərəcəlik yanaşma ilə Türkiyənin təsir imkanlarını genişləndirməkdir.

Oxşar