Rəcəb Tayyib Ərdoğan İrakli Kobaxidzeni seçkilərdə “Gürcü Arzusu”nun qələbəsi münasibətilə təbrik edir
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Gürcüstanın Baş naziri İrakli Kobaxidzeni seçkilərdə “Gürcü Arzusu” partiyasının qələbəsi münasibətilə təbrik edir.
Rəcəb Tayyib Ərdoğan, gürcü xalqının iradəsini ortaya qoyan seçkilərin dinc və təhlükəsiz şəraitdə keçdiyini qeyd edir.
“2024-cü ilin oktyabrın 26-da keçirilmiş parlament seçkilərində liderliyinizlə “Gürcü Arzusu” partiyasının qələbəsi və birinci yeri qazanması münasibətilə sizi səmimi qəlbdən təbrik edirəm. Ümid edirəm ki, seçkilərin nəticələri Gürcüstan xalqına və regionumuza uğur gətirəcək. Gürcü xalqının iradəsini ortaya qoyan seçkilərin dinc və təhlükəsiz şəraitdə keçməsi sevindirici haldır. Fürsətdən istifadə edərək bir daha sizə cansağlığı və xoşbəxtlik, dost Gürcüstan xalqına isə firavanlıq və xoşbəxtlik arzulayıram” – Türkiyə Respublikasının Prezidenti qeyd edir.