Rəcəb Tayyib Ərdoğan – Biz milli işimiz hesab etdiyimiz “Türk Əsri”nin məqsədinə çatana qədər qətiyyətlə çalışmağa davam edəcəyik
Biz milli işimiz hesab etdiyimiz “Türk Əsri”nin məqsədinə çatana qədər qətiyyətlə çalışmağa davam edəcəyik — bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Respublika Günü və Respublikanın elan olunmasının 103-cü ildönümü ilə bağlı keçirilən mərasimdə bəyan edib.
Ərdoğan “Anıtqəbir”in xüsusi kitabına aşağıdakı qeydləri yazıb:
“Əziz Atatürk, bu gün biz böyük bədəl ödədiyimiz respublikamızın təsis edilməsinin 103-cü ildönümünü qeyd edirik. Tariximizə yeni istiqamət verən bu mühüm gündə Sizi, silahdaşlarınızı və qəhrəman şəhidlərimizi minnətdarlıqla yad edirəm. Türkiyə Respublikasını öz dövlətçiliyi və milləti ilə birlikdə çiçəklənən və qalib gələcəyə çatdırmaq üçün müxtəlif cəbhələrdə intensiv mübarizə aparırıq. 1922-ci ilin martın 1-də, respublikanın elan edilməsinədək Böyük Millət Məclisinə müraciətinizdə dediyiniz “Heç bir vasitə və heç bir qüvvə bizi milli işimizi görməkdən saxlamayacaq. Milli işimiz bizim həyatımızdır” sözlərinizi nəzərə alaraq. Biz milli işimiz hesab etdiyimiz “Türk Əsri”nin məqsədinə çatana qədər qətiyyətlə çalışmağa davam edəcəyik” — Ərdoğan qeyd edib.