Rəcəb Tayyib Ərdoğan – Bəşəriyyəti, təbiəti, səmanı və hətta kosmosu belə əmtəə kimi görən tekno-oliqarxların üstün zehniyyətinə qarşı ən böyük müdafiə qüvvəmiz “Teknofest” gəncliyi olacaq
Bəşəriyyəti, təbiəti, səmanı və hətta kosmosu belə əmtəə kimi görən tekno-oliqarxların üstün zehniyyətinə qarşı ən böyük müdafiə qüvvəmiz “Teknofest” gəncliyi olacaq – bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb.
Türkiyə Prezidenti, dünyanı öz oyun meydançası kimi qəbul edən və orada istədikləri kimi davranan tekno-oliqarxiyaların hədəf olaraq gəncləri seçdiyini bildirib.
“Türkiyənin “Elmi Yayma Cəmiyyəti” 1951-ci ildə təsis olunsa da, onun tarixi eyni zamanda Türkiyənin də tarixidir. Bu cəmiyyətin quruluş fəlsəfəsi elə Türkiyənin mövcudluq fəlsəfəsidir; onun əsas məqsədi isə — Türkiyənin əsrlik məqsədidir. “Elmi Yayma Cəmiyyəti”nin tarixi ilə tanış olarkən biz bu anlayışın, bu həssaslığın və bu əzəmətli idealın izini görürük” – Türkiyə Prezidenti qeyd edib.
“Teknofest” gəncləri elm, mühəndislik, aviasiya və sahibkarlıq sahələrində həvəsləndirməklə Türkiyənin “Milli Texnologiya təşəbbüsün”nün irəliləməsini hədəfləyən Türkiyənin aparıcı və dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalıdır.