Rəcəb Tayyib Ərdoğanın bəyan etdiyinə görə, Türkiyə Finlandiyanın NATO-ya üzvlüyünü dəstəkləyəcək

10:41, 18.03.2023

Türkiyə prezidenti, Rəcəb Tayyib Ərdoğanın bəyan etdiyinə görə, Türkiyə Finlandiyanın NATO-ya üzvlüyünü dəstəkləyəcək.

Ərdoğan Finlandiyanın NATO üzvlüyünün ratifikasiyası üçün Türkiyə Parlamentinə müraciət etdi. Türkiyə prezidenti ümid edir ki, ratifikasiya prosesi mayın 14-nə təyin edilmiş ümumi seçkilərə qədər başa çatacaq.

“İnanıram ki, Finlandiyanın üzv olması ilə NATO güclənəcək və bununla da qlobal təhlükəsizliyin və sabitliyin qorunmasında fəal rol oynayacaq”, – Ərdoğan bəyan etdi.

Türkiyə prezidenti həmçinin qeyd etdi ki, Türkiyə İsveçlə danışıqları davam etdirir.

“Biz İsveçlə danışıqları alyansın prinsipləri və terrorizmlə mübarizəyə yanaşmamız əsasında davam etdirəcəyik. Prosesin necə inkişaf etməsi bilavasitə İsveçin konkret addımlarından asılı olacaq”, – Türkiyə prezidenti qeyd etdi.

 

Oxşar