Rəcəb Tayyib Ərdoğan - Yunanıstan Lozan Sülh Müqaviləsinin müddəalarını bilərəkdən pozur
Rəcəb Tayyib Ərdoğan - Yunanıstan Lozan Sülh Müqaviləsinin müddəalarını bilərəkdən pozur

Yunanıstan Lozan Sülh Müqaviləsinin müddəalarını bilərəkdən pozur.

Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Lozan Müqaviləsinin imzalanmasının 99-cu ildönümü ilə bağlı yaydığı bəyanatda deyilir.

“Türkiyə Cümhuriyyətinin qurulmasının və 2023-cü ildə Lozan Müqaviləsinin imzalanmasının 100-cü ildönümünü inamla qarşılayan Türkiyə bölgə və qlobal məsələlərdə mövqeyini gücləndirməyi davam etdirir.

Hökumət başçısı qeyd etdi ki, LozanSülh Müqaviləsi “Türkiyənin quru sərhədlərini çəkməyi, Yunanıstandakı türk milli azlıqlarının hüquqlarına zəmanət verməyi və Türkiyə sahillərində Yunan adalarının silahsızlaşdırılmış statusunu təsdiq etməyi” mümkün etdi.

Ərdoğan xüsusilə qeyd etdi ki, son 99 il ərzində Türkiyə LozanSülh Müqaviləsi çərçivəsində üzərinə götürdüyü öhdəlikləri vicdanla yerinə yetirir.

“Yunanıstan son vaxtlar Lozan Sülh Müqaviləsi müddəalarını, xüsusən də türk milli azlıqlarının hüquqları ilə bağlı müddəalarını bilərəkdən pozur. Türkiyə mehriban qonşuluq və razılaşmalara sadiqlik prinsiplərinə zidd olan belə bir vəziyyətlə barışa bilməz. Ankara bölgədə uzunmüddətli sülh və sabitliyin bərqərar olması, həmçinin türk xalqının hüquqlarının təmin edilməsi üçün hər cür səy göstərmək niyətindədir”, – Rəcəb Tayyib Ərdoğan bəyan etdi.