Rəcəb Tayyib Ərdoğan Yerusəlimin Pravoslav Patriarxı III Teofil ilə görüşüb
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yerusəlimin Pravoslav Patriarxı III Teofil ilə görüşüb. Bu barədə məlumatı türk mediası yayıb.
Türkiyə prezidentinin Dolmabahçe sarayında keçirilən görüşdə Yerusəlim patriarxına nümayəndə heyəti də müşayiət edib.
Görüşdə həmçinin Türkiyənin xarici işlər naziri Hakan Fidan, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya direktoru Burhaneddin Duran və prezidentin baş müşaviri Akif Çağatay Kılıç iştirak ediblər.
Görüşün sonunda Ərdoğan və Yerusəlim patriarxı hədiyyələr mübadilə ediblər.
Görüşlə bağlı əlavə məlumat rəsmi şəxslər tərəfindən açıqlanmayıb.