Rəcəb Tayyib Ərdoğan Volodimir Zelenski və onun nümayəndə heyəti ilə Rusiya-Ukrayna müharibəsinin ədalətli sülh ilə başa çatdırılmasını müzakirə etdiyini bildirir
Rəcəb Tayyib Ərdoğan Volodimir Zelenski və onun nümayəndə heyəti ilə Rusiya-Ukrayna müharibəsinin ədalətli sülh ilə başa çatdırılmasını müzakirə etdiyini bildirir

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Volodimir Zelenski və onun nümayəndə heyəti ilə Rusiya-Ukrayna müharibəsinin ədalətli sülh ilə başa çatdırılmasını müzakirə etdiyini bildirir.

Bu barədə Ərdoğan ukraynalı həmkarı ilə görüşdən sonra hakim “Ədalət və İnkişaf Partiyası”nın tədbirində çıxış edərkən danışıb.

Zelenski və Ərdoğanın görüşü Ankarada, prezident sarayında keçirilib və iki saat 45 dəqiqə davam edib. Bağlı qapılar arxasında keçirilən danışıqlara Türkiyə tərəfdən müdafiə naziri, milli kəşfiyyat təşkilatının rəhbəri və prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri də qatılıblar.

Həmçinin, Ərdoğan qeyd edib ki, dünən Donald Tramp, Səudiyyə Ərəbistanının şahzadəsi Muhamed bin Salman və Suriya Prezidenti Ahmed al-Şaraa ilə dördtərəfli telefon danışığı aparıb. Həmçinin, son günlərdə Vladimer Putin, Emmanuel Makron və Corcia Meloni ilə telefonla əlaqə saxlayıb. Sabah isə Türkiyə Prezidenti Avropa Siyasi cəmiyyətinin zirvə toplantısında iştirak edəcəyi Albaniyaya yollanacaq.