Rəcəb Tayyib Ərdoğan Vilnüsdə Şarl Mişellə görüşüb
Rəcəb Tayyib Ərdoğan Vilnüsdə Şarl Mişellə görüşüb

 
Vilnüsdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Avropa Şurasının Prezidenti Şarl Mişel arasında görüş baş tutub. Bu barədə “Anadolu” agentliyi məlumat yayır.

Yayılmış məlumatlara əsasən, görüşdən sonra Türkiyə Prezidenti yenə də İsveç Prezidenti ilə danışıqları davam etdirəcək.

Vilnüsdə NATO zirvə toplantısı başlamazdan əvvəl Ərdoğan tərəfdaşların Türkiyənin Aİ-yə üzvlüyünə yolunu açsalar, ölkəsinin İsveçin NATO-ya üzvlük protokolunu ratifikasiya edəcəyini bildirib.