Rəcəb Tayyib Ərdoğan və Vladimer Putin telefon danışığı zamanı Alyaskada ABŞ-Rusiya sammitinin nəticələrini, ticarət və ikitərəfli münasibətlərin məsələlərini müzakirə ediblər
Rəcəb Tayyib Ərdoğan və Vladimer Putin telefon danışığı zamanı Alyaskada ABŞ-Rusiya sammitinin nəticələrini, ticarət və ikitərəfli münasibətlərin məsələlərini müzakirə ediblər

 

Türkiyə və Rusiya prezidentləri telefon danışığı zamanı Alyaskada ABŞ-Rusiya sammitinin nəticələrini, ticarət və ikitərəfli münasibətlərin məsələlərini müzakirə ediblər.

Türkiyənin Kommunikasiyalar Direktoratlığının bəyanatında qeyd olunduğu kimi, Rəcəb Tayyib Ərdoğan sülh prosesi ilə əlaqədar hadisələrin inkişafını diqqətlə izlədiyini bildirib. Ərdoğan qeyd edib ki, Türkiyə müharibənin əvvəlindəcə səmimi şəkildə ədalətli sülhə nail olmağa can atırdı və bu baxımdan bütün tərəflərin iştirakı ilə uzunmüddətli sülhün bərqərar olması məqsədinə xidmət edən yanaşmaları təqdir edir.

Öz növbəsində Vladimer Putin İstanbulda Rusiya və Ukrayna nümayəndələri arasında sülh danışıqlarına ev sahibliyi etdiyinə görə Türkiyə liderinə təşəkkür edib. Kremlin məlumatına əsasən, prezidentlər həmçinin ölkələr arasında ticarətin inkişafı və investisiyalar məsələsini müzakirə ediblər.