Rəcəb Tayyib Ərdoğan və Antonio Qutereş arasında telefon söhbəti baş tutdu
Türkiyə prezidenti ilə BMT-nin baş katibi arasında telefon danışığı tutdu. Rəcəb Tayyib Ərdoğan Antonio Qutereş ilə Ukraynada cari müharibə ilə bağlı məsələləri müzakirə etdi.
Türkiyə Prezident administrasiyasının kommunikasiya müdirliyinin yazdığı məlumata görə, Antonio Qutereş prezident Ərdoğana Moskva və Kiyevdə keçirilən danışıqlar barədə məlumat verdi.
Telefon danışığı zamanı prezident Ərdoğan bəyan etdi ki, Türkiyə BMT-nin humanitar təmas qrupunun fəaliyyətinə, eləcə də təxliyə və humanitar yardıma hər cür dəstəyi verməyə hazırdır.
Bununla yanaşı, Rəcəb Tayyib Ərdoğan BMT-nin baş katibinə bəyan etdi ki, Türkiyə Ukrayna böhranının aradan qaldırılması və sülhün bərqərar olması üçün səylərini davam etdirəcək.