Rəcəb Tayyib Ərdoğan - Ukrayna və Rusiya arasında sülhün əldə olunması üçün yeni bir fürsət pəncərəsi açılıb, ümid edirik ki, bu dəfə yaranmış fürsət əldən verilməyəcək
Rəcəb Tayyib Ərdoğan - Ukrayna və Rusiya arasında sülhün əldə olunması üçün yeni bir fürsət pəncərəsi açılıb, ümid edirik ki, bu dəfə yaranmış fürsət əldən verilməyəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bəyanatına görə, Ukrayna və Rusiya arasında sülhə nail olmaq üçün yeni bir fürsət pəncərəsi açılıb.

“Bu mərhələdə Rusiya, Ukrayna, Amerika və Avropa danışıqların aparılmasının vacibliyi ilə razılaşır. Biz bir daha qeyd etdik ki, bütün tərəflərin etimadını qazanmış yeganə ölkə olaraq, bu danışıqlara töhfə verməyə və onlara ev sahibliyi etməyə hazırıq. Son təmaslar nəticəsində görürük ki, yeni bir fürsət pəncərəsi açılıb. Ümid edirik ki, bu dəfə yaranmış fürsət əldən verilməyəcək”, – deyə Ərdoğan bildirib.

Qeyd edək ki, bundan əvvəl Türkiyə lideri Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparıb və tərəfləri danışıqlar üçün qəbul etməyə hazır olduğunu bildirib.