Rəcəb Tayyib Ərdoğan – Ukrayna müharibənin dayandırılması ilə bağlı istənilən danışıqlarda qeyd-şərtsiz iştirak etməlidir
Türkiyə Prezidentinin bəyanatına əsasən, Ukrayna müharibənin dayandırılması ilə bağlı istənilən danışıqlarda qeyd-şərtsiz iştirak etməlidir.
Bu haqda Rəcəb Tayyib Ərdoğan nazirlərlə həftəlik görüşündən sonra açıqlayıb.
“Biz yeni prosesdən nəticə almaq istəyirik, Ukrayna mütləq bu prosesə cəlb edilməlidir və bu müharibə ikitərəfli danışıqlar yolu ilə dayandırılmalıdır” – Türkiyə Prezidenti bildirib.
Rəcəb Tayyib Ərdoğan ABŞ-nin Prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsini dayandırmaq haqda təşəbbüsünü dəstəklədiyini də qeyd edir.
“Prinsipcə, biz cənab Trampın müharibəni danışıqlar yolu ilə bitirmək istəyini təqdir edirik. Lakin, burada mühüm bir məqamı da nəzərdən qaçırmaq olmaz. Ədalətli və davamlı sülhə gedən yol yalnız bütün müvafiq tərəflərin təmsil olunduğu bərabərliklə açıla bilər” – Ərdoğan bildirib.
Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğan ötən həftə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb, eləcə də fevralın 24-də Ankarada Rusiya xarici işlər naziri Serqei Lavrovla danışıqlar aparıb.