Rəcəb Tayyib Ərdoğan - Türkiyə Rusiya-Ukrayna müharibəsi məsələsində əvvəl İstanbulda mühüm rol oynadığı kimi, eyni konstruktiv mövqeyi qoruyub saxlamağa hazırdır
Türkiyə Rusiya-Ukrayna müharibəsi məsələsində əvvəl İstanbulda mühüm rol oynadığı kimi, eyni konstruktiv mövqeyi qoruyub saxlamağa hazırdır – bu haqda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Türkiyə Prezidenti, barışığın dialoqla mümkün olduğunu bildirib.
“Biz Ukrayna ilə bağlı düşüncələrimizi ABŞ Prezidenti Donald Trampla dəfələrlə müzakirə etmişik. Ədalətli sülhün məğlub tərəfinin olmayacağına inanırıq. Ədalətli sülhə gedən yolun danışıqlardan və birgə işləməkdən keçdiyinə inanırıq. Hazırda təqdim olunan sülh planının əsas kimi işə yarayıb-yaramayacağı ilə bağlı müzakirələr aparılır. Bu plan üzrə razılığa gəlmək mümkündür yoxsa yox? Bəli, mümkündür. Lakin, necə? Bu məsələ həll olunmalıdır. Əgər plan yeni qeyri-sabitlik yaratmadan tərəflərin qanuni gözləntilərinə və təhlükəsizlik ehtiyaclarına cavab verərsə, razılaşma mümkün olacaq. Biz inanırıq ki, razılaşdırılmış məsələlər üzrə başlamış danışıqlar və müsbət gündəm vasitəsilə barışıq mümkündür. Hamı üçün qənaətbəxş əsas yaradılarsa, davamlı həll yolunun qapısı açılacaq. Ədalətli və dayanıqlı sülhün yolunu açacaq təkliflər üzrə danışıqlara başlamaq prosesə müsbət təsir göstərəcək. Türkiyə olaraq, əvvəl İstanbulda mühüm rol oynadığımız kimi, bu gün də eyni konstruktiv mövqeyi qoruyub saxlamağa hazırıq” – Rəcəb Tayyib Ərdoğan bildirib.